QuruXəbərlər

Belarus Silahlı Qüvvələrinə növbəti R-414MBRP “Sosna” radiorele stansiyası təhvil verilib

“Aqat Elektromexanika Zavodu” tərəfindən Belarus Silahlı Qüvvələrinin rabitə qoşunlarına növbəti R-414MBRP “Sosna” radiorele stansiyası təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsi məlumat yayıb.

Məlumatda texnikanın təhvil verilməsinin planlı və sistemli xarakter daşıdığı bildirilib.

Qeyd edilib ki, kompleks 2020-ci ildən seriyalı şəkildə istehsal olunur və bu, ordunun müasir nümunələrlə mərhələli şəkildə yenidən təchiz edilməsinə imkan yaradır. Yerli istehsal olan rəqəmsal sistemlərlə texnika parkının davamlı yenilənməsi qoşunların idarə edilməsinin etibarlılığını artırır və ölkənin müdafiə qabiliyyətini gücləndirir.

Rəqəmsal R-414MBRP stansiyaları səhra dayaq rabitə qovşaqları tərkibində kabel və radiorele rabitə xətlərinin, radiogiriş və DMR standartlı rabitənin yaradılması, həmçinin onların ümumi telekommunikasiya şəbəkəsinə inteqrasiyasının təmin edilməsi üçün istifadə olunur.

Back to top button