QuruXəbərlər

Belarus yeni “Tarpan” radioelektron mübarizə sistemini sınaqdan keçirir

Belarusun “KB Radar” müəssisəsi kritik infrastrukturun və mühüm dövlət obyektlərinin mühafizəsi üçün nəzərdə tutulan yeni “Tarpan” radioelektron mübarizə sistemini hazırlayıb.

“Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən xəbər verir ki, hazırda intensiv sınaq mərhələsində olan “Tarpan” radioelektron mübarizə vasitəsi GPS, GLONASS, “BeiDou” və “Galileo” qlobal peyk naviqasiya sistemlərinin qəbuledicilərini bloklamaq və ya yanlış məlumatlandırmaq üçün radio maneələr yaratmaq qabiliyyətinə malikdir.

Bildirilib ki, yeni sistem yüksək çıxış gücünə malik ötürücülər və yüksək gücləndirmə əmsallı dar istiqamətli antenalarla təchiz olunub. “Tarpan” peyk naviqasiya terminallarını 50 kilometrədək məsafədə radioelektron üsulla susdura bilir.

Məlumata görə, yeni radioelektron mübarizə sistemi təkcə yüksək gücü və fəaliyyət radiusu ilə deyil, həm də kritik infrastrukturun, strateji ərazilərin və mühüm dövlət obyektlərinin kompleks müdafiə sistemlərinin tərkibində tətbiq oluna bilməsi ilə seçilir.

Qeyd olunub ki, “Tarpan” Belarusun yüksək dəqiqlikli silahlara və pilotsuz uçuş aparatlarından (PUA) yaranan təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə hazırladığı yeni nəsil radioelektron mübarizə vasitələri sırasına daxildir.

Back to top button