Belarus “Zapad-2021” təlimində iki nümunənin sınağını keçirib

Belarus “Zapad-2021” təlimində iki nümunənin sınağını keçirib

“Zapad-2021” strateji təliminin Brest poliqonunda keçirilən son mərhələsinin aktiv fazasında, epizodlardan birində, Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin müəssisələrində hazırlanmış iki silah və hərbi texnika nümunəsi – “Qroza-O” multikopter operatoru aşkarlama kompleksi və pilotsuz zərbə aviasiya kompleksi (UBAK) “Kvadro-1400” sınaqdan keçirilib.

“Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ssenariyə əsasən “düşmən” multikopterinin operatorunu – hədəfin kəşfiyyatının aparılması, aşkarlanması və məhv edilməsi üzrə qoyulmuş təlim-döyüş tapşırığı yerinə yetirilib.

“Qroza-O” kompleksi “düşmən” multikopter operatorunu aşkar edib və “Kvadro-1400” UBAK hədəfə zərbə endirib. “Kvadro-1400” UBAK Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı tərəfindən təsdiq edilmiş taktiki-texniki tapşırığa əsasən təşəbbüs qaydasında hazırlanır.

“Kvadro-1400” UBAK perspektiv məmulatın sələfləri ilə müqayisədə üstünlüklərinə kəşfiyyat aparmaq və düşməni sığınacaq arxasından və arxa cəbhədən məğlub etmək bacarığı, istifadə yerinə asan çatdırılmanı təmin edən qatlanan quruluşu, xüsusi hazırlanmış uçuş və eniş sahələrindən istifadə ehtiyacının olmaması səbəbindən mürəkkəb relyefli ərazilərdə istifadə imkanı, kütləsi 10 kq-a qədər olan yüklərin çatdırılması üçün istifadə edilmə imkanı, məmulatın sürətlə hədəfə keçməsinə imkan verən həm video, həm də peyk naviqasiyasının istifadəsi aiddir.

UBAK-da faydalı yük qismində giro-sabitləşdirilmiş asqıya quraşdırılmış 2 ədəd RPQ-26 tank əleyhinə reaktiv qumbaradan istifadə olunur. “Qroza-O” multikopter operatorunu aşkarlama kompleksi ikinci nəsil məmulatdır. O, ərazidə avtomatik axtarış və pilotsuz uçuş aparatlarının (PUA) operatorlarının videoqeydiyyatı üçün təyin edilib.

Kompleks, üzərində radiopelenqator rabitə sistemi quraşdırılmış uçan platformadan və operatorun noutbukundan ibarətdir. Sələfi ilə müqayisədə, “Qroza-O” kompleksinin yeni versiyası yüksək pelenqasiya dəqiqliyinə malikdir. Qabarit ölçüləri və kütlə demək olar ki, iki dəfə azaldılıb, uçuş müddəti 30%, uçuş məsafəsi isə 40% artırılıb və işləmə temperaturu diapazonu genişləndirilib.

Məmulatın üstünlüklərinə multicopter əleyhinə əkstədbir vasitələrinin digər istehsalçılarında analoqların olmaması, müdaxilə edən PUA operatorunun coğrafi koordinatlarını təyin edərkən və hərəkətlərinin videoqeydiyyatının yüksək dəqiqliyi, kompleksin kompaktlığı və erqonomikası, istifadə rahatlığı, mühafizə olunan obyektlərin yaxınlığında icazəsiz radioşüalanmaların mənbələrinin axtarışı və aşkarlanması üçün istifadə imkanı aiddir.

Belarus2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS