Belarusda “İsgəndər” raketlərinin yaradılması planlaşdırılır

Belarusda “İsgəndər” raketlərinin yaradılması planlaşdırılır

Bu gün Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun yanında keçirilən müşavirənin müzakirə mövzusu “2022-ci il üçün Dövlət Müdafiə Sifarişi” olub.

Bu barədə “Poliqon” “BelTA” agentliyinə istinadən məlumat verib.

Müşavirədə çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko deyib: “Bu, Silahlı Qüvvələrimizin silah, hərbi texnika və digər maddi-texniki təchizatını tənzimləyən bu gün qəbul etməli olduğumuz əsas sənəddir. İndiki şəraitdə bu gündəlik həmişəkindən daha aktualdır”.

Aleksandr Lukaşenko bildirib ki, Rusiya Belarusda raket istehsalı, o cümlədən “İsgəndər” nümunəli raket sahəsində onlara köməklik edəcək. Onun sözlərinə görə, ən yüksək səviyyədə müvafiq razılaşmalar əldə olunub.

“Perspektiv silah nümunələrinin, ilk növbədə, raketlərin inkişafı necə gedir? Uzaq Şərqdə Rusiya Prezidenti ilə son görüşdən sonra baş nazirə müvafiq tapşırıq qoymuşam. Biz birmənalı olaraq razılaşdıq ki: Putin, Roskosmosun rəhbəri Dmitri Roqozin, Lukaşenko, daha kimlər var idi – Rusiyada raket istehsalı ilə məşğul olan insanlar, bizim inkişaflara baxsınlar. Biz yeni raket hazırlayırıq. “İskəndər” nümunəli çox effektli raket. Və tam dəstək var idi”, – deyə Belarus lideri bildirib.

Bundan başqa Aleksandr Lukaşenko qeyd edib ki, qoşunlara ən yeni “Tor-M2” zenit-raket kompleksləri, “Protivnik”, “Sopka”, “Vostok”, “Rosa” radiolokasiya stansiyaları, “Qroza” radioelektron mübarizə sistemləri verilir.

Müşavirədə həmçinin Belarus Silahlı Qüvvələrinin “Kayman” yüngül zirehli avtomobillər, təkmilləşdirilmiş T-72 tankları, Su-30SM, Yak-130, Mi-8MTV5 kimi aviasiya vasitələri təmin olunması da iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin qeyd olunub ki, Belarus “Polonez” və “Buk-MB” kompleksləri üçün yeni raketləri sınaqdan keçirir.

lukasenko lukasenko1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS