Belarusun “Qroza-Z1” antidron sistemi seriyalı istehsala hazırlanır

Belarusun “Qroza-Z1” antidron sistemi seriyalı istehsala hazırlanır

Belarusun KB “Radar” ASC tərəfindən yaradılan “Qroza-Z1” antidron sistemi seriyalı istehsala hazırlanır.

Bu barədə Azeri Defence saytına Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

“Qroza-Z1” antidron sistemi katerlərin, gəmilərin və digər dəniz platformalarının, habelə yerüstü obyektlərin pilotsuz uçuş aparatların (PUA) hücumlarından müdafiəsi üçün nəzərdə tutulub.

“Qroza-Z1” 2000 metrə qədər uzaqlıqda və 1300 metrə qədər yüksəklikdəki pilotsuz uçuş aparatlarını tam avtomatik aşkarlaya bilir. Sistem 1500 metrə qədər məsafədən, 1000 metrə qədər yüksəklikdəki PUA-ları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

CATEGORIES
TAGS