Belarusun yeni peyk rabitə stansiyaları Ordunun istismarına verilib

Belarusun yeni peyk rabitə stansiyaları Ordunun istismarına verilib

Belarusun “Geoinformasiya İdarəetmə Sistemləri” holdinqinə daxil olan “Agat – İdarəetmə Sistemləri” ASC tərəfindən hazırlanmış adı açıqlanmayan son peyk rabitə stansiyaları Ordunun silahlanmasına qəbul edilib.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.

Bildirilib ki, peyk rabitə stansiyaları 2020-ci ilin mart ayının ilk on günlüyündə bütün dövlət sınaqlarını uğurla başa çatdırıb. Bundan sonra, Belarus Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin istismarına verilib.

Yeni peyk rabitə stansiyalarından stasionar və ya nəqliyyat vasitələri üzərində mobil istifadə oluna bilər. Yeni peyk rabitə stansiyalarının texniki xüsusiyyətləri və döyüş imkanları barədə məlumat verilməyib.

Daşınan peyk rabitə stansiyalarının bir neçə nümunəsi mayın 9-da faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Minskdə keçiriləcək hərbi paradda nümayiş etdirilcək.

 

 

CATEGORIES
TAGS