Belçika RGW90 tank əleyhinə əl qumbaraatanları sifariş edib

Belçika RGW90 tank əleyhinə əl qumbaraatanları sifariş edib

Belçika Müdafiə Nazirliyi Almaniyanın “Dynamit Nobel Defence” (DND) şirkətindən RGW90 MATADOR (Man-portable Anti-Tank, Anti-DOoR) tank əleyhinə əl qumbaraatanları sifariş edib.

Bu barədə “Poliqon” “Rafael” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Rafael” şirkətinin törəmə DND şirkəti müqavilənin təfərrüatlarını açıqlamır, yalnız sövdələşmənin ümumi məbləğinin 19 milyon avro olduğunu göstərir. Bu məbləğ müqabilində Belçika naməlum sayda HEAT/HESH modifikasiyalı tank əleyhinə əl qumbaraatanı alacaq.

Qeyd edək ki, RGW90 (Recoilless Granade Weapon 90 mm) təpməsiz qumbaraatanı silahı özündə çiyindən atılmaq üçün nəzərdə tutulmuş buraxma qurğusunda olan döyüş sursatını tərənnüm edir. Qumbara HEAT/HESH kombinələşdirilmiş döyüş başlığı ilə təchiz edilib. Qumbaraatan ağır zirehli texnikaları məhv etmək üçün təyin edilib və 500 mm-ə qədər yayma homogen (bircinsli) zirehi dəlməyə qadirdir. Eyni zamanda yüngül zirehli texnikaları, möhkəmləndirilmiş qurğuları və bunkerləri də məhv edə bilir.

Qumbaraatan Sinqapur Silahlı Qüvvələri, İsrailin “Rafael Advanced Defense Systems” və Almaniyanın “Dynamit Nobel Defence” şirkətləri tərəfindən birgə layihələndirilib.

MATADOR Almaniyanın “Armbrust” qumbaraatanının təkmilləşdirilmiş variantıdır və sonuncunu əvəz etmək üçün təyin edilib. Növbəti modifikasiyaları mövcuddur:

– MATADOR-MP – Multi-Рurpose modifikasiyası;

– MATADOR-WB – Wall-Breaching modifikasiyası, şəhər tikililərinin divarlarında diametri 1 m-ə qədər olan deşiklərin açılması üçün EFR tipli zərbə nüvəli xüsusi döyüş başlığı ilə təchiz edilib;

– MATADOR-AS – Anti-Structure modifikasiyası, ikili rejimli qoruyucu və tandem döyüş başlığı ilə təchiz olunub.

Qumbaraatanın əsas xassələri aşağıdakı kimidir:

– çapı – 90 mm; qumbaraatanın kütləsi – 8,9 kq; qumbaranın kütləsi – 2,6 kq; qumbaraatanın ştoklu HEAT tipli döyüş başlığı ilə birlikdə uzunluğu – 1150 mm; qumbaraatanın HESH tipli döyüş başlığı ilə birlikdə uzunluğu – 1000 mm; nişangah məsafəsi – 20 – 500 m; qumbaranın başlanğıc sürəti – 240 m/san; optik nişangahın böyütməsi – 2,5 dəfə; işləməsi üçün ətraf mühitin temperaturu – -46…+71 °С.

Qumbaranın uçuş müddəti:

  • 100 m məsafəyə – 0,35 san;
  • 200 m məsafəyə – 0,71 san;
  • 300 m məsafəyə – 1,2 san.

qumbaraatan2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS