
Belçika Ukrayna Ordusuna silah və qoruyucu vasitələr çatdırıb
Belçika Ukraynaya kömək məqsədilə 2 min ədəd pulemyot, dəbilqələr və digər qoruyucu vasitələr tədarük edib.
“Poliqon” xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksander De Kroo rəsmi “Tvitter” hesabında məlumat paylaşıb.
Belçikanın Baş naziri hərbi vasitələrlə yanaşı Ukraynaya 3800 ton yanacaq da göndəriləcəyini qeyd edib.
Bildirilib ki, hərbi yardım paketi Avropa İttifaqı və NATO ilə məsləhətləşmələr əsasında həyata keçirilir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər