“Belspetsvneshtekhnika” şirkəti qabaqcıl məhsullarını ADEX-2024-də nümayiş etdirəcək

“Belspetsvneshtekhnika” şirkəti qabaqcıl məhsullarını ADEX-2024-də nümayiş etdirəcək

Belarusun “Belspetsvneshtekhnika” şirkəti 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2024 beynəlxalq müdafiə sərgisində öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

“Poliqon” “Belspetsvneshtekhnika”ya istinadən xəbər verir ki, ADEX sərgisində şirkət Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin milli pavilyonunda yer alacaq.

“Belspetsvneshtekhnika”dan başqa, Belarusun “AQAT – idarəetmə sistemləri”, “KB Radar”, MZKT, “558 Aviasiya Təmiri Zavodu”, “Orşa Təyyarə Təmiri Zavodu” və “ATE-Engineering” müəssisələri də milli pavilyonda öz məhsullarını sərgiləyəcək.

Bildirilib ki, müdafiə sənayesi sahəsində regionun ən böyük tədbiri olan ADEX sərgisi həm Azərbaycanın hərbi rəhbərliyi, həm də xarici nümayəndə heyətləri və şirkətlərlə görüşmək üçün unikal imkan yaradır.

Qeyd olunub ki, Belarusun mütəmadi olaraq bu sərgidə iştirak etməsi ötən illərin müsbət və məhsuldar təcrübəsindən xəbər verir. Belarus müəssisələri qarşıdan gələn ADEX-2024 sərgisində yeni tərəfdaşlıqlar yaratmağı, onlarla iqtisadi və hərbi-texniki əməkdaşlıq sahəsində uzunmüddətli əlaqələr qurmağı və təcrübə mübadiləsi aparmağı hədəfləyirlər.

CATEGORIES
TAGS