“Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimi keçirilib

Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirinin Nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən  “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları – 2021” çərçivəsində yaradılan  “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.

2 6 1 6

Poliqon.az

CATEGORIES
TAGS