“Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının bağlanış mərasimi keçirilib
Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edib.
CATEGORIES Xəbərlər