“Birləşdik – 2024” komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib

“Birləşdik – 2024” komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstanın “Oymaşa” təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə “Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası” üzrə fəaliyyətlər yerinə yetiriləcək.

CATEGORIES