BMP-2M-lərin daha bir pariyası Rusiya MN-ə çatdırılıb
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi BMP-2M piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, dövlət sifarişi çərçivəsində modernləşdirilən BMP-2M-lər vaxtından əvvəl müştəriyə çatdırılıb.
“Tula Cihazqayırma Konstruktor Bürosu”nun hazırladığı “Berejok” döyüş modulu ilə təchiz olunan BMP-2M PDM-ləri düşmənin canlı qüvvəsini, istehkamlarını, zirehli texnikalarını və tanklarını məhv etmək imkanına malikdirlər.
Döyüş modulunun silahlanmasına 30 mm-lik 2A42 avtomatik topu, 7.62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı və iki ədəd “Kornet” tank əleyhinə idarə olunan raketin (TƏİR) buraxılış qurğusu daxildir.