BMP-2M PDM-lərinin növbəti pariyası sifarişçiyə çatdırılıb
“Yüksək dəqiqlikli komplekslər” holdinqi dövlət sifarişi çərçivəsində istehsal olunan BMP-2M piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə çatdırıb.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, “Tula Cihazqayırma Konstruktor Bürosu”nun hazırladığı “Berejok” döyüş modulu ilə təchiz olunan BMP-2M PDM-ləri düşmənin canlı qüvvəsini, istehkamlarını, zirehli texnikalarını və tanklarını məhv etmək imkanına malikdirlər.
Bu döyüş modulunun silahlanmasına 30 mm-lik 2A42 avtomatik topu, 7.62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı və iki ədəd “Kornet” tank əleyhinə idarə olunan raketin (TƏİR) buraxılış qurğusu daxildir.