BMP-3-lərin daha bir partiyası Rusiya Ordusuna çatdırılıb

BMP-3-lərin daha bir partiyası Rusiya Ordusuna çatdırılıb

“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi BMP-3 piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Ordusuna təhvil verilib.

“Poliqon” “Yüksək dəqiqlikli komplekslər” holdinqinə istinadən xəbər verir ki, bu ilin əvvəlində Rusiya Müdafiə Nazirliyinə çatdırılan piyada döyüş maşınlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 dəfə çoxdur.

Qeyd edək ki, “Kurqanmaşzavod” müəssisəsi həm BMP-3 PDM-lərinin istehsalını, həm də BTR-MDM zirehli transportyorlarının, BREM-L zirehli təmir-təxliyyə maşınlarının və digər zirehli texnikaların əsaslı təmirini həyata keçirir.

CATEGORIES
TAGS