“Boeing” növbəti F-15EX döyüş təyyarəsini sifarişçiyə çatdırıb
“Boeing” şirkəti ikinci F-15EX döyüş təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verib.
“Poliqon” Boeing” şirkətinə istinadən xəbər verir ki, təhvil alınan ikinci F-15EX döyüş təyyarəsi ABŞ HHQ-yə məxsus “Eglin” aviabazasına gətirilib.
Bildirilib ki, “Eglin” aviabazasında ötən ay təhvil alınan ilk F-15EX ilə birgə hər iki döyüş təyyarəsinin sınaqları keçiriləcək.
Qeyd edək ki, ABŞ HHQ-nin “Boeing”dən 200 ədəd F-15EX döyüş təyyarsinin alınmasını nəzərdə tutan müqavilə 2020-ci ilin iyul ayında imzalanıb.
CATEGORIES Xəbərlər