“Boeing” şirkəti F-15EX “Eagle II” döyüş təyyarəsinin istehsalını sürətləndirir

“Boeing” şirkəti F-15EX “Eagle II” döyüş təyyarəsinin istehsalını sürətləndirir

ABŞ-ın “Boeing” şirkəti F-15EX “Eagle II” döyüş təyyarəsinin istehsalını sürətləndirir.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, hazırda 90 ədəd F-15EX təyyarəsi istehsal xəttindədir.

Bildirilib ki, zavod əməliyyatlarında son vaxtlar baş verən inkişaflar təkrar emal ehtiyacını azaldıb. Bu da daha səmərəli istehsala və ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) yeni təyyarələrin sürətlə çatdırılmasına şərait yaradıb. Şirkətin məqsədi 2026-cı ilin sonuna qədər hər ay iki təyyarə istehsal edib ABŞ HHQ-yə təhvil verməkdir.

İstehsalın sadələşdirilməsi üçün şirkət “Cut the CoRRS” adlı strategiyanı tətbiq edib. Bu yanaşma təkrar emalın minimuma endirilməsinə və keyfiyyətin maksimuma çatdırılmasına yönəlib.

Xatırladaq ki, “Boeing” şirkəti Lot 2 sifarişi çərçivəsində istehsal etdiyi ilk F-15EX “Eagle II” döyüş təyyarəsini bu ayın əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verib.

CATEGORIES
TAGS