“Boeing”in cari ilin birinci rübündə tədarük etdiyi hərbi helikopter və təyyarələr – SİYAHI

“Boeing”in cari ilin birinci rübündə tədarük etdiyi hərbi helikopter və təyyarələr – SİYAHI

ABŞ-ın “Boeing” şirkəti 2023-ci ilin birinci rübü ərzində sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı məhsulların siyahısını açıqlayıb.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bu məhsulların arasında əsas üstünlüyü ağır döyüş və nəqliyyat helikopterləri təşkil edib.

Şirkət cari ilin birinci rübü ərzində sifarişçilərə ümumulikdə 20 ədəd AH-64 “Apache” (7 ədəd yeni və 13 ədəd AH-64E v6 konfiqurasiyasına yüksəldilmiş) ağır döyüş helikopteri və 6 ədəd CH-47 “Chinook” (5 ədəd yeni və 1 ədəd CH-47F konfiqurasiyasına yüksəldilmiş) ağır nəqliyyat helikopteri çatdırıb.

Bundan başqa, siyahıya 1 ədəd KC-46A “Pegasus” yanacaqdoldurma təyyarəsi, habelə 3 ədəd P-8 “Poseidon” patrul, 2 ədəd F-15 və 7 ədəd F/A-18 döyüş təyyarələri daxildir.

Əlavə məlumat üçün qeyd edə ki, “Boeing” şirkəti 2025-ci ildə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə sonuncu F/A-18-i təhvil verdikdən sonra yeni “Super Hornet” döyüş təyyarəsinin istehsalını dayandıracaq.

Poliqon.az

CATEGORIES
TAGS