“Boeing”in ötən il tədarük etdiyi hərbi helikopter və təyyarələr – SİYAHI
ABŞ-ın “Boeing” şirkəti 2022-ci il ərzində sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı məhsulların siyahısını açıqlayıb.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bu məhsulların arasında əsas üstünlüyü ağır döyüş və nəqliyyat helikopterləri təşkil edib.
Şirkət ötən il ərzində sifarişçilərə ümumulikdə 75 ədəd AH-64E “Apache” (25 ədəd yeni və 50 ədəd AH-64E v6 konfiqurasiyasına yüksəldilmiş) ağır döyüş helikopteri və 28 ədəd CH-47F “Chinook” (19 ədəd yeni və 9 ədəd CH-47F konfiqurasiyasına yüksəldilmiş) ağır nəqliyyat helikopteri, habelə 4 ədəd yeni MH-139 çoxməqsədli helikopteri çatdırıb.
Bundan başqa, siyahıya 1 ədəd yeni hərbi peyk təyyarəsi, 15 ədəd KC-46A “Pegasus” yanacaqdoldurma təyyarəsi, habelə 12 ədəd P-8 “Poseidon” patrul, 12 ədəd F-15 və 14 ədəd F/A-18 döyüş təyyarələri daxildir.