Bolqarıstan HDQ yeni sualtı qayıqlar alacaq

Bolqarıstan HDQ yeni sualtı qayıqlar alacaq

Bolqarıstan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlığı 2 ədəd dizel-elektrik sualtı qayığın alınması ilə bağlı danışıqlara başlayıb.

“Poliqon” xəbər verir ki, satınalma MMPV-90 Çoxməqsədli Modul Patrul Katerləri layihəsi çərçivəsində baş tutacaq.

Bolqarıstanın hansı ölkədən sualtı qayıqlar alacağı bildirilməsə də, ehtimal olunur ki, bu qayıqlar Bolqarıstan Müdafiə Nazirliyinin MMPV layihəsinin baş podratçısı olan Almaniyanın məşhur “Lürssen” gəmiqayırma şirkəti tərəfindən Almaniyada inşa ediləcək.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan HDQ-nin donanmasında 4 ədəd “Romeo” sinifli sualtı qayıq mövcud olub. Lakin onlardan sonuncusu 2011-ci ilin noyabrında istismar müddətini başa vurduğu üçün arsenaldan çıxarılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS