“Boqdana” ÖAQ 40 km-ə atəş aparacaq

“Boqdana” ÖAQ 40 km-ə atəş aparacaq

Ukrayna istehsalı təkərli 155 mm-lik “Boqdana” özüyeriyən artilleriya qurğusu (ÖAQ) 40 km-lik məsafəyə atışa hazırlanır.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, tezliklə “Boqdana” artilleriya sistemindən “Yaqorlık” dövlət sınaq poliqonunda 40 km-ə qədər məsafəyə atış aparılacaq.

Xatırladaq ki, cari ilin may ayında Ukrayna Silahlı Qüvvələrinin “Sirokiy Lan” ümumqoşun poliqonunda yerli 155 mm-lik “Boqdana” ÖAQ prototipinin ilkin zavod sınaqları baş tutub.

Qeyd edək ki, “Boqdana” ÖAQ NATO 155 mm çapında yaradılıb. İstehsalçının bildirməsinə görə, haubutsanın atış məsafəsi adi mərmi ilə 40 km-ə qədər və aktiv-reaktiv mərmi ilə 60 km-ə qədər təşkil edir.

Əhəd Əzizov

CATEGORIES