“Boyga” mini PUA-nın atış sınaqları keçirilib – VİDEO
Türkiyənin STM və MKE şirkətləri tərəfindən hazırlanan “Boyga” pilotsuz uçuş aparatının (PUA) atış sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi “Twitter” hesabında paylaşım edib.
İsmail Dəmir bildirib ki, Türkiyə müdafiə sənayesinin son nümunəsi olan “Boyga” mini PUA ilə müxtəlif missiyalar yerinə yetiriləcək. “Boyga” mini pilotsuz uçuş aparatı MKE şirkəti tərəfindən hazırlanan 81 mm-lik minaatan mərmisi ilə silahlandırılıb.
Sınaqlar zamanı PUA təkmilləşdirilmiş ballistik qiymətləndirmə alqoritmi sayəsində 81 mm-lik minaatan mərmisini hədəf üzərində dəqiqliklə buraxıb və hədəfi məhv edib.
Qeyd edək ki, “Boyga” PUA ilk dəfə 17-20 avqust tarixlərində İstanbulda keçirilmiş İDEF-2021 sərgisində nümayiş etdirilib.
“Boyga”nın sursatsız çəkisi 13,5 kq, maksimum uçuş çəkisi 15,6 kq, maksimum uçuş hündürlüyü 1500 m, uçuş müddəti 35 dəqiqə, uçuş sürəti isə 20 m/s-dır.
Rizvan Fikrətoğlu