Böyük Britaniya “Boxer” ZTR üçün sifarişini artırıb

Böyük Britaniya “Boxer” ZTR üçün sifarişini artırıb

Britaniya qoşunları daha çox yeni zirehli transportyorlar (ZTR) alacaq.

“Poliqon” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti “Boxer” ZTR üçün sifarişin artırıldığını açıqlayıb.

Xatırladaq ki, 2019-cu ildə Böyük Britaniya 523 ədəd “Boxer” ZTR-i sifariş edib. İndi isə əlavə olaraq 100 ədəd texnika sifariş edikib. Maşınlar Almaniya ilə birgə istehsal olunacaq və gələcəkdə Britaniyanın istehsal və xidmətdəki payı daha da artacaq. Razılaşmanın dəyəri 2,8 milyard funt sterlinq olaraq qiymətləndirilir. Əlavə 100 ədəd ZTR-in dəyəri isə kommersiya səbəbindən açıqlanmır.

Qeyd edək ki, “Boxer” 8×8 təkər formulku çoxməqsədli zirehli transportyordur. Avtomobil Almaniya-Niderland birgə layihəsidir. ZTR avtomatik silahlar və ya tank əleyhinə raketlər də daxil olmaqla müxtəlif silahları daşımağa imkan verən modul qurukuşa malikdir. Bundan başqa, “Boxer” ZTR bazasında səyyar komanda məntəqələri, zirehli tibbi maşınlar və s. buraxılır.

Quraşdırılan əlavə kompozit zireh sayəsində “Boxer” ZTR-i öz sinfində ən mühafizə maşınlardan biridir. Tam döyüş yükü ilə bu zirehli transportyorlar 36,5 ton kütləyə malikdir və 103 km/saat sürət yığmağa qadirdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS