
Böyük Britaniya Hindistana yüngül çoxməqsədli raketlər tədarük edəcək
Böyük Britaniya Hindistana yüngül çoxməqsədli raketlər tədarük etmək üçün 350 milyon funt sterlinq (468 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.
“Poliqon” “Reuters”ə istinadən verdiyi xəbərə görə, müdafiə sazişi haqqında açıqlama Böyük Britaniyanın Baş naziri Kir Starmer və Hindistanın Baş naziri Narendra Modinin Mumbayda görüşü zamanı verilib.
Bildirilib ki, bu addım iki ölkə arasında silah və müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinin bir hissəsidir.
Qeyd olunub ki, sözügedən raketlər Şimali İrlandiyada yerləşən və hazırda eyni silahları Ukrayna üçün istehsal edən “Thales” zavodunda istehsal ediləcək.