Böyük Britaniya Ordusu “Ajax” zirehli transportyorunun sınaqlarını davam etdirir

Böyük Britaniya Ordusu “Ajax” zirehli transportyorunun sınaqlarını davam etdirir

Böyük Britaniya Ordusu ABŞ-ın “General Dynamics” şirkətinin istehsalı olan “Ajax” zirehli transportyorunun sınaqlarını davam etdirir.

“Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniya Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Ajax” sınaqlar zamanı özünü yaxşı tərəfdən göstərib və istehsalçı şirkət həm səs-küy, həm də vibrasiya ilə bağlı yaranan problemləri aradan qaldırıb.

Bunun nəticəsində Böyük Britaniya Müdafiə Nazirliyi ödənişini dayandırdığı 480 milyon funt sterlinq dəyərindəki ilkin məbləği proqramın reallaşdırılması üçün “General Dynamics” şirkətinə ödəyəcək. Çünki proqram çərçivəsində ilk “Ajax” transportyorlarının 2025-ci ilin iyul-dekabr ayları arasında Britaniya Ordusunun istismarına girməsi planlaşdırılır.

Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında Böyük Britaniya ilə “General Dynamics” şirkəti arasında 589 ədəd “Ajax” nəqliyyat vasitəsinin alqı-satqısına dair 3.5 milyard funt sterlinq dəyərində müqavilə imzalanıb. 2015-ci ilin iyul ayında tərəflər arasında əlavə olaraq 390 milyon funt sterlinq dəyərində müqavilə bağlanıb.

2020-2021-ci illərdə Britaniya Ordusu tərəfindən keçirlən sınaqlar zamanı “Ajax” zirehli transportyorunda yüksək vibrasiya və səs-küy ilə əlaqədar bəzi ciddi problemlər ortaya çıxmışdı. Bu isə istehsalçı şirkətə Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən 480 milyon funt sterlinqlik ödənişin dayandrılmasına səbəb olmuşdu.

Poliqon.az

CATEGORIES
TAGS