Böyük Britaniyada “DragonFire” lazer silahının sınağı keçirilib

Böyük Britaniyada “DragonFire” lazer silahının sınağı keçirilib

Böyük Britaniyada “DragonFire” lazer yönümlü enerji silahının (LDEW – laser directed energy weapon) hava hədəflərinə qarşı ilk yüksək güclü atəş sınağı keçirilib.

“Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “DragonFire” lazer silahı Silahlı Qüvvələrin yüksək xərcli sursatlara olan ehtiyacanı azaldacaq və onların dəqiqliyini artıracaq.

Qeyd olunub ki, həm Ordu, həm də Kral Donanması gələcək hava hücumundan müdafiə imkanlarının bir hissəsi kimi bu texnologiyadan istifadə etməyi düşünür.

“DragonFire” lazer silahı Böyük Britaniya Müdafiə Nazirliyinin Müdafiə Elmi və Texnologiyası Laboratoriyasının (Dstl) rəhbərliyi ilə MBDA, “Leonardo” və “QinetiQ” şirkətləri tərəfindən birgə inkişaf etdirilir. Bu sistem Böyük Britaniya Müdafiə Nazirliyinin və konstruktor şirkətlərin 100 milyon funt sterlinqlik birgə investisiyasının nəticəsidir.

Mənzili gizli saxlanılan “DragonFire” lazer silahı görüş daxilindəki istənilən hava hədəfini məhv etmək imkanına malikdir. Lazer silahından tələb olunan dəqiqlik 1 kilometr məsafədən 1 funt sterlinqlik sikkəni vurmağa bərabərdir. Lazer yönümlü enerji silahları hədəflərə işıq sürəti ilə hücum edə və hədəfi kəsmək üçün intensiv işıq şüasından istifadə edə bilər. Beləliklə, bu, strukturun pozulmasına və ya döyüş başlığı hədəf alınarsa daha effektiv nəticələrə səbəb ola bilər.

Lazer silahının 10 saniyə çalışdırılması xərci adi qızdırıcının cəmi bir saatlıq istifadəsinə bərabərdir. Lazerin işlənməsinin dəyəri təxminən hər atış üçün 10 funt sterlinqlikdən azdır.

CATEGORIES
TAGS