Böyük Britaniyanın ordu quruculuğu: texnologiyaya əsaslanan ixtisar və ya ixtisar hesabına güclənən ordu

Böyük Britaniyanın ordu quruculuğu: texnologiyaya əsaslanan ixtisar və ya ixtisar hesabına güclənən ordu

Bu həftənin əvvəlində təqdim olunan yeni “Böyük Britaniya Milli Təhlükəsizlik Konsepsiyası”, ordunun sayının ixtisar edilməsi və bəzi silah növlərinin saxlanmasına xərclərin azaldılması səbəbindən mütəxəssislər və siyasətçilər tərəfindən sərt tənqidlərə tuş gəlmişdir. Eyni zamanda, konsepsiyanın özündə silahlı qüvvələrin əvvəllər mövcud olmayan yeni təhdidlərlə qarşılaşmaqda müdafiə qabiliyyətinin artmasından danışılır.

“Poliqon” xəbər verir ki, yaradılması planlaşdırılan yeni ordu dünyanın hər yerində aparıla biləcək və yalnız orduya tanış olan üç mühitdə – dəniz, quru, havada deyil, həm də kosmosda və kiber məkanda hərbi əməliyyatlara hazırlaşır.

Konsepsiyanın “2025-ci ilədək hərtərəfli təhlükəsizlik icmalı”nın birinci hissəsində 2025-ci ilə qədər nüvə potensialının inkişaf etdirilməsi, ikinci hissəsində isə Silahlı Qüvvələrin say tərkibinin 72.500 nəfərədək azaldılması nəzərdə tutulur.

2010-cu ildə Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən müdafiə büdcəsini ayırmağa və Quru Qoşunlarının sayını 102.000 nəfərdən 82.000 nəfərə endirməyə qərar verilmişdi. Eyni zamanda ehtiyatda olanların sayı 19.000-dən 30.000-ə çatdırılmalı idi. Lakin sonrakı illərdə ölkənin silahlı qüvvələri hətta 82.000 nəfərlik sayı belə təmin edə bilmədiyi üçün azalma davam etdiyindən 2025-ci ilədək ixtisar aparılaraq personal sayı 72.500 nəfərə çatdırılacaqdır.

“Böyük Britaniya rəqabət çağında: təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasətin hərtərəfli icmalı” sənədinin ikinci hissəsində Müdafiə Nazirliyinin yeni texnologiyalara üstünlük verdiyi göstərilir. Köhnə hərbi texnika uçotdan silinəcək, eyni zamanda yenisinin alınması da məhdudlaşdırılacaq.

Gələcəyin ordusuna İngilis baxışı və ya “Hərtərəfli təhlükəsizlik icmalı”nın əsas məqamları bunlardır:

Quru Qoşunları (British Army) üzrə

– yüzlərlə “Warrior” piyadaların döyüş maşınlarının təkmilləşdirmə proqramı ləğv ediləcək;

– hökumət “Boxer” zirehli transportyorlarını planlaşdırıldığı vaxtdan tez istismara daxil edilməsi üçün işləri sürətləndirəcək. Bu transportyorlar “Warrior” PDM-nı qismən əvəz etmək üçün nəzərdə tutulmuşdur;

– 227 tankdan 79 ədədi silinəcək və yerdə qalan 148 ədəd “Challenger 2” tankı təkmilləşdiriləcəkdir;

– yaxın onillikdə idarəolunan yaylım atəşli reaktiv sistemlər üçün 250 milyon funt sterlinq xərclənəcəkdir. Bundan əlavə, ordu yeni 155 mm-lik haubitsa üçün 800 milyon funt-sterlinqdən çox pul xərcləyəcək;

– 2025-ci ilədək hərbi personalın sayı 72.500 nəfərə endiriləcək. Bu say son 200 ilin ən aşağı göstəricisi olacaqdır;

Kral Hərbi Dəniz Qüvvələri (Her Majesty’s Naval Service) üzrə

– desant qüvvələri transformasiyaya uğrayacaq, körfəz səviyyəli “Bay” dəstək gəmiləri təkmilləşdirilərək “sahil zərbələri” üçün silahlandırılacaqdır.

– güc strukturundakı dəyişikliklər özündə davamlı briqada döyüş qruplarının yaradılmasını nəzərdə tutur. Bu dəyişikliklər çərçivəsində xüsusi əməliyyatlar aparmaqdan onsuz da Kral HDQ-in bir qolu olan Kral Dəniz Piyadaları, SAS və ya SBS-ə bənzər xüsusi qüvvələrin ayrı bir qoluna çevriləcəkdir.

– 2030-cu illərin sonunda “Type 45” esmineslərini əvəz edəcək yeni “Type 83” esminesinin inkişaf konsepsiyası və qiymətləndirmə mərhələsi başlayacaq.

– 2 ədəd qocalmış “Type 23” freqatını vaxtından əvvəl istismardan çıxarılaraq silinəcək. Mina təmizləyən gəmilərin sayı azaldılacaq. Lakin önümüzdəki onillikdə yeni sinif esmineslər və freqatlar alınacaq.

Kral Hərbi Hava Qüvvələri (Royal Air Force) üzrə

– 24 ədəd “Typhoon Tranche 1” qırıcısı və “Lockheed Martin Hercules C-130J” təyyarəsi istismardan çıxarılaraq silinəcək. “Hercules C130J” hərbi nəqliyyat təyyarəsinin əvəzinə “Airbus A400M” hərbi nəqliyyat təyyarəsi alınacaq.

– 9 ədəd köhnə “Chinook”helikopteri daha yaxşı xassələrə sahib helikopterlərlə əvəz olunacaq.

– 5 ədəd “Boeing Wedgetail E-7” kəşfiyyat təyyarəsi əvəzinə yalnız 3 ədəd alınacaq. Onlar, Kral Hərbi Hava Qüvvələrinin köhnəlmiş E-3 Sentry təyyarələrini əvəz edəcəklər.

– hələlik F-35B qırıcılarının satın alınması məsələsi açıq qalır. Belə ki, əvvəllər planlaşdırılan 138 ədəd yerinə 48 təyyarə sifariş verilə bilər. Ancaq analitiklər bunu prototipi 2018-ci ildə “Farnboro” aviasalonunda nümayiş etdirilən yeni nəsil yerli döyüş təyyarələrini gələcəkdə almaq planları ilə əlaqələndirirlər;

– peyk rabitə imkanlarını inkişaf etdirmək üçün “Skynet 6” kosmik sərmayə proqramı 5 milyard funt sterlinq təşkil edəcəkdir. Bundan əlavə, hökumət müşahidə və kəşfiyyat üçün peyklər qruplaşmasının yaradılmasından ötrü 1,4 milyard funt sterlinq əlavə sərmayə yatıracaq.

Böyük Britaniya Müdafiə Nazirliyinin (UK Department of Defense) vəd etdiyi kimi, kiçik ordu, daha yaxşı təlimlər, pilotsuz uçuş aparatları və rabitə sistemləri daxil olmaqla müxtəlif müasir döyüş sistemləri ilə təchiz edilməsi nəticəsində daha döyüş hazırlıqlı olacaqdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS