Böyük Brtianiya ABŞ-dan növbəti dəfə “Javelin” TƏİRK alır

Böyük Brtianiya ABŞ-dan növbəti dəfə “Javelin” TƏİRK alır

ABŞ hökuməti 125 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə idarəolunan raket komplekslərinin (TƏİRK) Böyük Britaniyaya satışını təsdiqləyib.

“Poliqon” xəbərr verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə 600 ədəd “Javelin” FGM-148F raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

“Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.

FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.

“Javelin” kompleksi əsasən yerüstü zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Poliqon.az

CATEGORIES
TAGS