“Bozdoğan” raketinin havadan ilk atış sınaqları keçirilib

“Bozdoğan” raketinin havadan ilk atış sınaqları keçirilib

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan “Göktuğ” raket ailəsinin “hava-hava” tipli “Bozdoğan” raketinin havadan ilk atış sınaqları keçirilib.

“Poliqon” xəbər veir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında bildirib.

Sınaq zamanı “Bozdoğan” raketi ilk atışda Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin istehsal etdiyi “Şimşək” hədəf sistemini uğurla məhv edib.

“Gənç mühəndislərimizin “Göktüğ” layihəsində hazırladığı görüş daxili “hava-hava” tipli “Bozdoğan” ilk atışda hədəfi tam dəqiqliklə vurdu”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, “Göktuğ” ailəsinə mənsub “Bozdoğan” ilə “Gökdoğan” raketlərinin bu il sınaqlarının tamamlanması və seriyalı istehsalına başlanması planlaşdırılır.

Poliqon.az

CATEGORIES
TAGS