Britaniya HDQ-nin döyüş gəmilərinə quraşdırılan radarlar təkmilləşdirilir

Britaniya HDQ-nin döyüş gəmilərinə quraşdırılan radarlar təkmilləşdirilir

“BAE Systems” şirkəti Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş gəmilərinə inteqrasiya edilən “Artisan”, “Sampson” və LPR (Long Range Radar) tipli radarları təkmilləşdirəcək.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və Böyük Britaniyanın Müdafiə Nazirliyi arasında dəyəri 270 milyon funt sterlinq olan müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Britaniya HDQ-nin “Kraliça Elizabet” sinifli təyyarə gəmilərində, Type 45 destroyerlərində, Type 23 və Type 26 freqatlarında quraşdırılan radarlar həm təkmilləşdiriləcək, həm də onlara 2032-ci ilə ilə qədər texniki xidmət dəstəyi göstəriləcək.

Bildirilib ki, sözügedən radarların təkmilləşdirilməsi döyüş gəmilərinin hava və dənizdən gələn təhdidləri müəyyən etmək ilə izləmək qabiliyyətini artıracaq.

Poliqon.az

CATEGORIES
TAGS