
Böyük Britaniya Ordusu üçün 72 ədəd RCH 155 özüyeriyən artilleriya qurğusu (ÖAQ) satın alınır.
“Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün Britaniya Ordusu adından Silahlanma üzrə Birgə Əməkdaşlıq Təşkilatı (OCCAR) “ARTEC GmbH” şirkətinə (KNDS və “Rheinmetall”ın birgə müəssisəsi) 1 milyard funt sterlinq dəyərində müqavilə verib.
Sifariş edilən ÖAQ-larla bağlı istehsal işləri KNDS və “Rheinmetall” şirkətlərinin müəssisələrində aparılacaq. İlk tədarüklərin 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Bu layihə Böyük Britaniya və Almaniya arasında müdafiə əməkdaşlığını gücləndirir və müttəfiq qüvvələr arasında qarşılıqlı uyğunluğu artırır.
RCH 155 sistemi Britaniya Ordusunda 2023-cü ildə Ukraynaya verilmiş AS90 ÖAQ-larını əvəz edəcək. Hazırda AS90 artilleriya sistemi Britaniya Ordusu tərəfindən müvəqqəti həll kimi istifadə edilir və RCH 155 xidmətə daxil olana qədər istismarda qalacaq.




