Britaniya Polşada “Challenger 2” tankları yerləşdirəcək

Britaniya Polşada “Challenger 2” tankları yerləşdirəcək

Böyük Britaniya Ukraynaya verilən T-72 tanklarını kompensasiya etməkdən ötrü Polşada “Challenger 2” tanklarını yerləşdirməyi planlaşdırır.

Bu barədə “Poliqon” Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bu addımın məqsədi müəyyən sayda T-72 tanklarının Ukraynaya verilməsindən sonra yaranacaq müvəqqəti tank çatışmazlığını kompensasiya etməkdir.

Bildirilib ki, tanklar məhdud müddətə yerləşdiriləcək və Böyük Britaniyalı heyətlər tərəfindən idarə olunacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS