Britaniya Polşada ZRK və hərbiçilər yerləşdirir

Britaniya Polşada ZRK və hərbiçilər yerləşdirir

Böyük Britaniya Polşada orta mənzilli “Sky Sabre” (Səma Qılıncı) zenit raket kompleksi (ZRK) və əlavə 100 hərbçi yerləşdirir.

“Poliqon” xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uollas Polşanın müdafiə naziri Mariuş Blaşakla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Sky Sabre” kompleksi qırıcıları, pilotsuz uçuş aparatlarını və lazerlə idarə olunan bombaları məhv edə bilir. Səsdən sürəti “Sky Sabre” raketi hətta tennis topu böyüklüyündə olan hədəfi vura bilər. Raketin sürəti 3700 km/saata çatır.

“Sky Sabre” ZRK eyni vaxtda 24 raketin uçuşunu idarə etmək və onları 24 müxtəlif hədəfə yönəltmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Sky Sabre” ZRK 2021-ci ilin dekabrında Britaniya Ordusunun silahlanmasına verilib. Bir kompleksin dəyəri 13 milyon ABŞ dolları təşkil edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS