Britaniya Ukraynanı “Stormer” ÖRQ ilə silahlandıracaq

Britaniya Ukraynanı “Stormer” ÖRQ ilə silahlandıracaq

Böyük Britaniya Ukrayna Ordusunu “Stormer” HVM yüksək sürətli özüyeriyən raket qurğuları (ÖRQ) ilə silahlandıracaq.

Poliqon” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sun” nəşri məlumat yayıb.

“BAE Systems” şirkəti tərəfindən istehsal olunan “Stormer” ÖRQ-nin kütləsi 13 ton təşkil edir. Heyəti komandir, sürücü və atıcı olmaqla 3 nəfərdən ibarətdir.

“Stormer” özüyeriyən raket qurğusu “Starstreak” raketləri ilə aşağı yüksəklikdə uçan təyyarə və helikopterləri vurmaq qabiliyyətinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS