
Britaniya Ukraynaya “Starstreak” DZRK-lər göndərəcək
Böyük Britaniya Ukraynaya qısa mənzilli “Starstreak” daşınan zenit-raket kompleksləri (DZRK) göndərməyi planlaşdırıb.
“Poliqon” xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uollas bildirib.
“Starstreak” raketi lazer tuşlamalı döyüş başlığı ilə təchiz edilib. Yüksəksürətli “Starstreak” raketinin maksimum atış məsafəsi 7000 metrdir.
Qeyd edək ki, bu günlərdə Böyük Britaniya Ukraynaya əlavə 3615 ədəd NLAW tank əleyhinə idarə olunan raket (TƏİR) tədarük edib. Tezliklə “Javelin” TƏİR-lərin kiçik partiyasını da göndərəcəyini bəyan edib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər