
BTR-82A transportyorların ilk partiyası Belarus Ordusuna təhvil verilib
Rusiyanın “Hərbi Sənaye Kompleksi” (VPK) şirkətinə daxil olan “Arzamas” maşınqayırma zavodunun istehsalı olan BTR-82A zireli transportyorlarının ilk partiyası Belarus Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, bu ilin noyabr ayında BTR-82A zirehli transportyorların ikinci partiyasının da Belarus Ordusuna çatdırılması gözlənilir.
BTR-82A zirehli nəqliyyat vasitələrinin növbəti partiyasının əlavə avadanlıqlarla təchiz olunması planlaşdırılıb.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər