Bundesver HX hərbi yük maşınları sifariş edib

Bundesver HX hərbi yük maşınları sifariş edib

Almaniya Silahlı Qüvvələri (Bundesver‎) “Rheinmetall” şirkətinə HX ailəsinə aid olan 367 ədəd hərbi yük maşını sifariş edib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sifarişin ümumi dəyəri 285 milyon avro təşkil edir.

Sifarişə əsasən, “Rheinmetall”ın törəmə şirkəti olan “Rheinmetall MAN Military Vehicles GmbH” (RMMV) tərəfindən istehsal ediləcək bütün hərbi yük maşınları Bundesverə cari ilin üçüncü rübündə təhvil veriləcək.

Qeyd edək ki, sözügedən sifariş Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) ilə şirkət arasında 2020-ci ilin iyun ayında 4000 ədəd hərbi yük maşının tədarükü üçün imzalanan müqavilə əsasında verilib. Bu çərçivədə artıq 600 ədəd çox yük maşını istehsal olunaraq sifarişçiyə çatdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS