Bundesver “Puma” PDM-ləri üçün çox sayda mərmi sifariş edib

Bundesver “Puma” PDM-ləri üçün çox sayda mərmi sifariş edib

“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələrinin (Bundesver) “Puma” piyada döyüş maşınları (PDM) üçün 30 mm-lik DM21 mərmiləri tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında bir neçə yüz min ədəd orta kalibrli sursatın tədarükünü nəzərdə tutan 350 milyon avro dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, DM21 mərmilərinin çatdırılması prosesinə bu il başlanacaq və 2027-ci ilə qədər davam etdiriləcək.

CATEGORIES
TAGS