Bundesver “Puma” PDM-lərini təkmilləşdirir
Almaniya Silahlı Qüvvələri (Bundesver) “Rheinmetall” şirkətinə “Puma” piyadanın döyüş maşınlarının təkmilləşdirilməsi barədə sifariş verib.
Bu barədə “Poliqon” “Defenseworld” portalına istinadən məlumat verib.
Məlumatda bildirilib ki, təkmilləşdirilmə nəticəsində, yaxın gələcəkdə Almaniyanın “Puma” piyadanın döyüş maşınları (PDM) dünyanın ən yüksək texnoloji döyüş texnikası olacaq.
Dəyəri bir milyard avrodan çox olan müqaviləyə əsasən, ilk mərhələdə 154 ədəd “Puma” PDM-lər “S1” səviyyəsinə qədər təkmilləşdiriləcək. Gələcəkdə isə qalan 143 ədəd maşının təkmilləşdirilməsi planlaşdırılır. Beləliklə, yalnız heyət təlimlərində istifadə olunan PDM-lər təkmilləşdirilməyəcək.
Bundesver, artıq 2023-cü ilə qədər NATO-nun Çox Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qüvvələrinin (Very High Readiness Joint Task Force, VJTF – VJTF) tərkibinə daxil olacaq “Panzergrenadierbataillon 112” bölməsi üçün “Puma” PDM-ni təkmilləşdirir. Yeni müqavilələrin icrası nəticəsində bütün təzə “Puma” PDM-ləri rəqəmsallaşdıracaq və onları dünyada ilk rəqəmsallaşdırılmış PDM parkı halına gətirəcəkdir.
PDM-in “Puma S1” səviyyəsinə təkmilləşdirilməsi sayəsində heyətlər “Spike” tank əleyhinə raket kompleksindən (TƏİRK) istifadə imkanı əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Bundesverin silahlanmasında olan “Spike” TƏİRK “MELLS” (Mehrrollenfähige Leichte Lenkflugköperspersystem) olaraq adlanır.
Maşının bütün elektron sistemləri əhəmiyyətli dəyişikliklərə məruz qalacaq – xüsusən də heyətlər termal kameraları da əhatə edən yeni hərtərəfli müşahidə sistemi sayəsində “zirehdən” görə biləcəklər.
Əhəd Əzizov