Bundesver “Puma” piyada döyüş maşınları parkını ciddi şəkildə artırır

Bundesver “Puma” piyada döyüş maşınları parkını ciddi şəkildə artırır

Almaniya Silahlı Qüvvələri (Bundesver) “Rheinmetall” və “KNDS Deutschland” (KNDS) şirkətlərinin birgə müəssisə olan “Projekt System & Management GmbH” (PSM) şirkətinə 200 ədəd “Puma” piyada döyüş maşınının (PDM) tədarükü üçün sifariş verib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, tədarüklə bağlı tərəflər arasında imzalanan müqavilə 2026-cı ilin yanvar ayında qanuni qüvvəyə minəcək.

Satınalmanın ümumi ümumi dəyəri 4.2 milyard avro təşkil edir. Bu məbləğin 2.1 milyard avrosu KNDS-ə, 2.1 milyard avrosu isə “Rheinmetall”ın törəməsi olan “Rheinmetall Landsysteme GmbH” şirkətinə ödəniləcək. Hər iki şirkət layihəni subpodratçı qismində həyata keçirir. İlk maşınların 2028-ci ilin ortalarında təhvil verilməsi planlaşdırılır.

CATEGORIES
TAGS