Cənubi Koreyanın dənizçiləri “Meteksan Savunma”ın zədə simulyatorunda məşq edəcəklər

Cənubi Koreyanın dənizçiləri “Meteksan Savunma”ın zədə simulyatorunda məşq edəcəklər

Türkiyənin “Meteksan Savunma” şirkəti ilə Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələri (HDQ) arasında növbəti müqavilə bağlanıb.

Bu barədə “AzeriDefence”ə “Meteksan Savunma” şirkətindən məlumat verilib.

Müqaviləyə əsasən “Meteksan Savunma” şirkəti Cənubi Koreya HDQ-nə gəmi zədələnmələri zamanı davranış təlimlərinin keçirilməsi üçün ikinci simulyatorun qurulmasını həyata keçirəcək.

Simulyator Cənubi Koreyada istehsal ediləcək.

Qeyd edək ki, bundan əvvəl 2017-ci ildə imzalanmış müqavilə çərçivəsində ilk simulyator Cənubi Koreyada yerli şitkətlə birlikdə hazırlanaraq 2019-cu ildə sifarişçiyə təhvil verib.

Simulyator Hərbi Dəniz Qüvvələrinin gəmilərində meydana gələcək fövqəladə vəziyyətlərdə personalın atacağı addımları imitasiya etməyə imkan verir.

“Meteksan Savunma” şirkəti tərəfindən istehsal edilən zədə simulyatorları bu günə qədər 4 ölkənin Hərbi Dəniz Qüvvələrində istifadə edilir.

CATEGORIES
TAGS