Çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınır

Çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınır

“Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin rayon və şəhərlərində çağırışçı gənclərin təntənəli yolasalma mərasimləri keçirilir.

Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat mərkəzindən məlumat verilib.

Tədbirlərdə SHXÇDX-nin yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, müharibə veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə çıxış edənlər hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə ediblər.

səfərbər 1 səfərbər 2 səfərbər 5 səfərbər səfərbər3 səfərbər4

Poliqon.az

CATEGORIES
TAGS