“Çakır” raketinin mühərriki bu il sınaqdan keçiriləcək
Türkiyənin “Kale Arge” şirkəti “Roketsan” tərəfindən istehsal olunan “Çakır” qanadlı raketlərində istifadə olunacaq KTJ-1750 turboreaktiv mühərriklərin kalifikasiya testlərinə cari ilin dördüncü rübündə başlamağı planlaşdırıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Kale Arge” şirkətinin baş direktoru Cüneyt Kenger bildirib.
Baş direktor KTJ-1750 turboreaktiv mühərriklərin dizayn işlərinin tamamlanmasının ardından ilk prototiplərin də hazırlanmasının başa çatdırıldığını deyib. Onun sözlərinə görə, KTJ-1750 mühərrikin ilk prototipləri sınaqlara başlamağa hazırdır.
KTJ-1750 turboreaktiv mühərriklərinin çəkisi 20 kq, diametri 202 mm, uzunluğu isə 464 mm-dir. “Çakır” qanadlı raketlərində istifadə olunacaq mühərriklərin “egzoz” başlığı ilə uzunluğu 609 mm-ə qədər artırılıb.
Rizvan Fikrətoğlu