“Camel” yerüstü robot kalifikasiya sınaqlarını tamamlayıb

“Camel” yerüstü robot kalifikasiya sınaqlarını tamamlayıb

Ukraynanın “Roboneers” şirkəti tərəfindən hazırlanan “Camel” (“Dəvə”) adlı çoxfunksiyalı yerüstü robotun kalifikasiya sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Silah və Hərbi Texnikaların Sertifikatlaşdırılması Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən “Camel” çoxfunksiyalı yerüstü robot-texnika kompleksinin prototipinin sınaqları tamamlanıb.

İnsansız döyüş kompleksi kəşfiyyat əməliyyatlarında iştirak, canlı qüvvənin aşkarlanması, məhv edilməsi və rəqibin yüngül zirehli hədəfləri ilə mübarizə, habelə döyüş zonasına yüklərin daşınması və yaralıların təxliyyəsi üçün nəzərdə tutulur.

4×4 təkər formuluna və hibrid mühərrikə sahib “Camel” robotu 400 kq ağırlığında yük daşıya, 1000 kq ağırlıqda yükü yedəyə ala bilir. Yarım tonluq robot hibrid güclə 11 saata qədər fasiləsiz işləyir və sürəti 20 km/saatdır.

Platforma 12.7 mm pulemyota sahib döyüş modulu ilə silahlandırılıb. Gündüz və gecə vaxtı müşahidə aparmağa və dəqiq atəş açmağa imkan verən elektro-optik komplekslə dəstləşdirilmiş döyüş modulunun sursat ehtiyatı 400 patrondur.

CATEGORIES
TAGS