Cəbhədə daha iki erməni hərbçisi öldürülüb – YENİLƏNİB

Cəbhədə daha bir erməni hərbçisi məhv edilib.

“AzeriDefence”nin bildiriyinə görə, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, bu gecə baş vermiş atışmada Ermənistan Ordusunun hərbi qulluqçusu, 1991-ci  il təvəllüdlü Aşot Zöhrabyan öldürülüb.

Erməni saytları Qarabağ cəbhəsində baş verən atışmada 1991-ci il təvəllüdlü Aşot Çobanyan adlı əsgərin də öldürülməsi xəbərini yayıblar.

Qeyd edək ki, ötən gün baş verən atışmalarda Ermənistan Ordusunun daha 2 erməni hərbçisi öldürülüb, 4 hərbçisi isə yaralanıb.

CATEGORIES