
Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşməni izləyən Azərbaycan Ordusunun bölmələri tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.
“Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir”, – deyə Nazirlik bəyan edib.



