Cəbrayılda mülki şəxs, Füzulidə 2 hərbi qulluqçu minaya düşüb

Cəbrayılda mülki şəxs, Füzulidə 2 hərbi qulluqçu minaya düşüb

Noyabrın 29-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedov təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alıb.

Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin, noyabrın 28-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, piyada əleyhinə minaya düşən hərbi qulluqçular – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəllüdlü Murad Məmmədzadədir. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda həkim nəzarəti altındadırlar.

Poliqon.az

CATEGORIES
TAGS