Cənubi Koreya ABŞ-dan 40 ədəd təlim helikopteri sifariş edib

Cənubi Koreya ABŞ-dan 40 ədəd təlim helikopteri sifariş edib

Cənubi Koreya ABŞ-ın “Bell Textron” şirkətindən 40 ədəd “Bell 505 Jet Ranger X” təlim helikopteri və 8 ədəd simulyator almaq üçün müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyasının (Defense Acquisition Program Administration – DAPA) məlumatına görə, müqavilənin ümumi dəyəri 132,6 milyon ABŞ dolları təşkil edib.

DAPA-nın bəyanatda bildirilib ki, helikopterlər müasir rəqəmsal alət panelləri, taktiki naviqasiya avadanlığı və digər avionika ilə təchiz olunacaq.

“Bell Textron” şirkətinin məlumatına görə, “Bell 505 Jet Ranger X” helikopterləri tam inteqrasiya olunmuş “Garmin” G1000H NXi uçuş göyərtəsinə malikdir. Helikopterin situasiya haqqında məlumatlılığı artırmaq üçün əlavə uçuş displeyləri, Traffik Məsləhət Sistemi (TAS), Helikopter Ərazi Məlumatlandırma və Xəbərdarlıq Sistemi (HTAWS), Garmin Helicopter Synthetic Vision Technology (HSVT) və “Pathway” ilə təchiz ediləcəyi gözlənilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS