Cənubi Koreya istehsalı FA-50 təyyarəsi “PhantomStrike” radarı ilə uçacaq

Cənubi Koreya istehsalı FA-50 təyyarəsi “PhantomStrike” radarı ilə uçacaq

ABŞ-ın “Raytheon Technologies” şirkəti Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən istehsal olunan FA-50 yüngül təlim/döyüş təyyarələrini “PhantomStrike” radarı ilə təchiz edəcək.

“Poliqon” “Raytheon Technologies”ə istinadən xəbər verir ki, artıq ABŞ hökuməti radarın KAI şirkətinə satışını təsdiqləyib.

Bildirilib ki, radarların istehsalı Missisipi ştatının Forest şəhərində həyata keçiriləcək və ilkin tədarüklərə 2025-ci ildən başlanacaq.

“PhantomStrike” daha kiçik ölçüyə, yüngül çəkiyə və az enerji ilə çalışmaq imkanına malik yığcam AESA radarıdır. O, uzaq məsafədəki təhlükənin aşkar olunmasını, izlənməsini və hədəflənməsini təmin etmək üçün nəzərdə tutulub.

Pilotu üstün situasiya məlumatlılığı ilə təmin edən “PhantomStrike” radarı, yüngül hücum təyyarələri, pilotsuz hava vasitələri və bu kimi digər platformalardan ötrü hazırlanıb.

Poliqon.az

CATEGORIES
TAGS