QuruXəbərlər

Cənubi Koreya istehsalı K2 tankları Polşaya çatdırılıb

Cənubi Koreya istehsalı olan 28 ədəd K2 tankı Polşaya çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkə hesablarında məlumat paylaşıb.

O bildirib ki, tanklar 1 avqust 2025-ci ildə imzalanmış yeni K2 və K2PL tanklarının tədarükü ilə bağlı müqavilə çərçivəsində Polşaya gətirilib və 16-cı Mexanikləşdirilmiş Diviziyanın silahlanmasına daxil ediləcək.

Onun sözlərinə görə, növbəti partiyalarda K2PL versiyalı tankların tədarükünə başlanılacaq. Bu tankların bir hissəsi Polşa istehsalı komponentlərdən istifadə olunmaqla hazırlanacaq.

Nazir qeyd edib ki, bu, Polşa müdafiə sənayesinin istehsal imkanlarının artırılması və ölkənin təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addımdır.

Back to top button